Bu il “Azexport.az” portalına 462,4 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2020.11.03 13:14 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında “Azexport.az” portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, sentyabrda portala daxil olan ixrac sifarişlərinin dəyəri 33 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb.
2017-ci ilin yanvarından bu il sentyabrın 30-dək “Azexport.az” portalına 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47 milyon dollar təşkil edib.