Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin investisiya fondu yaradılır.
Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasından sonra təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd bu ölkələrdə sahibkarlıqla məşğul olanlara dəstək verməkdir.
“Türkiyədən sonra Özbəkistanla da son 2 ildə ticarət dövriyyəsində artım qeydə alınıb”, - deyə M.Musayev vurğulayıb.