Neft Fondu oktyabrdakı valyuta hərraclarında 560,3 milyon dollar satıb
2020.11.02 15:23 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən oktyabr ayı ərzində valyuta hərraclarında 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.