Cari ildə ölkəyə 17 min ton əczaçılıq məhsulları idxal olunub

2020.11.02 12:10 (UTC+04:00)

Yanvar-sentyabr aylarında ölkəyə 16,9 min ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 271,1 milyon dollar olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə Azərbaycana 207,3 milyon dollarlıq 11,2 min tonadək əczaçılıq məhsulları idxal edilib.