Prezident Kasım-Jomart Tokayev Milli Sahibkarlar Birliyi“Ataməkan”ın yığıncağında bildirib ki, Qazaxıstanda son beş ildə kiçik və orta biznes müəssisələrinin ölkə iqtisadiyyatındakı payı 8 faiz artaraq 24 faizdən 32 faizə çatıb. “Biznes sahəsində çalışanların sayı da 21 faiz artaraq 3 milyon 4 minə yüksəlib. Hazırda ölkədə işləyənlərin təxminən 40 faizi kiçik və orta müəssisələrdə çalışır”, - Qazaxıstan Prezidenti qeyd edib.
Tokayev yeni növ koronavirus (COVİD-19) epidemiyası şəraitində hökumətin və biznes dairələrinin ahəngdar çalışması sayəsində səhiyyə və iqtisadiyyat sektorlarında vəziyyətin nəzarətdə saxlanıldığını vurğulayıb. Kiçik və orta biznesin dəstəklənməsi üçün böhrana qarşı ciddi tədbirlər görüldüyünübildirən Qazaxıstan Prezidenti 700 mindən atıq kommersiya müəssisəsinin vergidən azad edildiyini, bu ilin sonuna qədər onlardan icarə haqqı alınmayacağını qeyd edib.