Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 140,6 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 3,1 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 29,9 faizi isə boru kəməri ilə daşınıb.