Dünya Ticarət Təşkilatı Aİ-nin ABŞ mallarına gömrük vergisi tətbiq etmək tələbini təsdiqləyib

2020.11.02 13:32 (UTC+04:00)

Dünya Ticarət Təşkilatı (DTT) Avropa İttifaqının (Aİ) ABŞ-dan idxal edilən mallara ümumilikdə 4 milyard dollar həcmində gömrük vergisi tətbiq etmək barədə tələbini təsdiqləyib. Qərar bundan əvvəl ABŞ-ın dünyanın ən böyük mükli və hərbi vertolyot istehsalçılarından olan “Boeing” şirkətinə qanundankənar təşviqlər verdiyi ilə bağlı DTT-nin xəbərdarlığı nəticəsində verilib. Bundan əvvəl Avropa Komissiyası sədrinin müavini Valdis Dombrovkis ABŞ hökumətini aviasiya vasitələrinə dəstək göstərməklə bağlı razılaşma əldə etmək üçün Aİ ilə müzakirə başlamağa çağırmışdı. Onun sözlərinə görə, yaxın gələcəkdə hər hansı bir razılaşma əldə edilməsi istiqamətində irəliləyiş olmadığı halda Aİ-nin gömrük vergisini tətbiq edəcəyi barədə xəbərdarlıq edilib. ABŞ Prezidenti Donald Tramp Aİ-nin bəhs olunan vergini tətbiq edəcəyi halda ölkəsinin buna “daha sərt cavab verəcəyini” vurğulayıb.