Ötən ay dəmir yolu ilə 236,6 milyon dollarlıq yük daşınıb

2020.10.31 16:12 (UTC+04:00)

Sentyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 732 min 412 ton yük daşınıb ki, bu yüklərin dəyəri 236,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 158 min 46 ton yükün dəyəri 25,9 milyon dollar təşkil edib.
Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 574 min 367 ton, dəyəri isə 210,6 milyon dollar olub.