Rusiya Prezidenti biznes üçün vergilərin və sosial ödənişlərin müddətinin uzadılmasını təklif edib

2020.10.31 15:15 (UTC+04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin XII “Rusiya çağırır” investisiya forumundaçıxış edərək bildirib ki, koronavirus pandemiyasından daha çox zərər çəkmiş biznes sahələrində vergilərin və sosial ödənişlərin müddəti uzadılmalıdır.

“Təsirə məruz qalmış sahələrdə çalışan kiçik və orta biznes müəssisələrinə bu ilin birinci rübü üçün vergilərin və sosial ödənişlərin ödənilməsi müddəti uzadılmışdı. Bu müddət ilin ilk yarısına qədər uzadılması nəzərdə tutuldu”, - Prezident qeyd edib. O, vurğulayıb ki, təsirə məruz qalmış sahələrdə fəaliyyət göstərən şirkətlərin heç də hamısı əvvəlki vəziyyətini bərpa etmək üçün obyektiv imkanlara malk deyil. Bu, ilk növbədə, ictimai iaşə və digər sahələrinə aid şirkətlərdir. “Bu cür müəssisələr üçün vergi və sosial ödəniş müddətinin daha üç ay uzadılmasını təklif edirəm”–.

V.Putin əlavə edib ki, Rusiyada kiçik biznes üzrə planlaşdırılmış yoxlamalara qoyulmuş moratoriumun müddətinin 2021-ci ilə qədər uzadlması barədə qərar artıq qəbul olunub.