2021-ci ildə inflyasiya səviyyəsi 3,6-4 faiz olacaq

2020.10.30 14:37 (UTC+04:00)

Cari ildə Azərbaycanda inflyasiya illik 2,8-3 faiz, 2021-ci ildə 3,6-4 faiz səviyyəsində olacaq.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.