7/24/365 rejimli Ani Ödənişlər Sisteminə (AÖS) daha 2 bank - “AzərTürkBank” ASC və “TuranBank” ASC inteqrasiya edilib.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Mərkəzi Bankı tərəfindən yaradılan Ani Ödənişlər sistemi oktyabrın 1-dən real rejimdə istismara verilib. Hazırda 15 bank AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.