Sentyabrda dövriyyədə olan kredit kartları ilə 179 milyon manatlıq əməliyyat həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, əməliyyatların 47 milyon manatı ATM, 69 milyon manatı POS-terminal, 41 milyon manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Kredit kartları ilə ölkədaxili həyata keçirilən əməliyyatların həcmi 157 milyon manat, xaricdə həyata keçirilən əməliyyatların həcmi isə 22 milyon manat olub.