Bugünkü valyuta hərracında tələb 62,9 milyon dollar olub

2020.10.29 13:25 (UTC+04:00)

Oktyabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən bildirilib ki, hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.