Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan məhsulların 20,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 64,6 faizini avtomobil, 11,1 faizini hava, 4,1 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql olunan yüklər təşkil edib.