Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

2020.10.28 15:18 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 658,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 398,7 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 213,6 min ton yükün dəyəri 68,2 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 444,9 min tondan çox, dəyəri isə 330,4 milyon dollar olub.