Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forum öz işinə başlayıb.
Tədbirdə vergilər naziri Mikayıl Cabbarov və IOTA-nın icraçı katibi Migel Silva Pinto çıxış ediblər.