Kredit qoyuluşu artıb

2020.10.28 10:39 (UTC+04:00)

Oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 497 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 192,8 milyon manat artıb, ilin əvvəli ilə müqayisədə isə 403,9 milyon manat azalıb.