Bank sektorunun aktivləri 30,6 milyard manat olub

2020.10.27 17:23 (UTC+04:00)

Oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 milyard 619 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 14 milyard 497 milyon manat, bank sektorunun cəmi öhdəlikləri 25 milyard 994,6 milyon manat təşkil edib. Öhdəliklərin 19 milyard 377,4 milyon manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib. Bank sektorunun kapitalı isə 4 milyard 624,4 milyon manat olub.