Bugünkü valyuta hərracında tələb 64,1 milyon dollar təşkil edib

2020.10.27 14:58 (UTC+04:00)

Oktyabrın 27-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən bildirilib ki, hərracda tələb 64,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.