Cari ildə Azərbaycanda 18,4 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.10.27 14:27 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 18 milyard 403,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 7 milyard 823,4 milyon dolları idxalın, 10 milyard 579,8 milyon dolları isə ixracın payına düşüb.