Rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

2020.10.28 11:45 (UTC+04:00)

Rəqəmsal‭ ‬ ‭ ‬hökumətin‭ ‬ ‭ ‬artan‭ ‬ ‭ ‬rolunu,‭ ‬ ‭ ‬rabitənin vacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə “BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektron hökumətin‭ ‬ ‭ ‬inkişafı‭ ‬ ‭ ‬yönündə‭ ‬ ‭ ‬nailiyyətlər‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬problemlər”‭ ‬ ‭ ‬mövzusunda‭ ‬ ‭ ‬onlayn konfrans‭ ‬ ‭ ‬təşkil‭ ‬ ‭ ‬edilib.‭

‬Qazaxıstan‭ ‬ ‭ ‬Respublikasının‭ ‬ ‭ ‬Rəqəmsal İnkişaf,‭ ‬ ‭ ‬İnnovasiyalar‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬Aerokosmik‭ ‬ ‭ ‬Sənayesi‭ ‬ ‭ ‬Nazirliyi‭nin ‬Birləşmiş‭ ‬ ‭ ‬Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milli İnfokommunikasiya Holdinq” ‭ ‬ASC və‭ ‬ Astana‭ ‬ Dövlət‭ ‬ Xidməti‭ ‬ Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və ‭ ‬Sosial İnnovasiyalar‭ ‬ üzrə ‭ ‬Dövlət Agentliyinin‭ ‬ ‭ ‬Elektron ‭ ‬Hökumətin‭ ‬ ‭ ‬İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬ O, ‬ Azərbaycanda‭ ‬ ‭ ‬elektron‭ ‬ ‭ ‬hökumətin inkişafı mərhələləri, vətəndaşlara ‭ ‬rəqəmsal formada təqdim ‭ ‬edilən elektron xidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlar barədə məlumat verib. Bundan əlavə, tədbir iştirakçıları “ASAN xidmət”, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün EHİM ‬tərəfindən‭ ‬ ‭ ‬hazırlanan‭ ‬ “İcazələrin‭ ‬ ‭ ‬Alınması‭ ‬ və‭ ‬ ‭ ‬Monitorinqi ‭ ‬Sistemi” haqqında geniş təqdimatla tanış olublar.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Sonda 30 ilə‭ ‬ ‭ ‬yaxındır ‬ ‭ ‬Ermənistanın ‬işğal‭ı altında olan torpaqlarımızın ‬‭ ‬ ‬hazırda müzəffər Azərbaycan‭ ‬ ‭ ‬ordusu‭ ‬ ‭ ‬tərəfindən‭ ‬ ‭ ‬ ‭ ‬azad edildiyi‭ ‬qürur hissi ilə tədbir iştirakçılarının diqqətə çatdırı‭lıb, ‬işğaldan‭ ‬ ‭ ‬azad‭ ‬ ‭ ‬olunan torpaqlarda‭ ‬ ‭ tezliklə ‬“ASAN‭ ‬ ‭ ‬xidmət”‭ ‬ ‭ ‬mərkəzlərinin‭ ‬ ‭ ‬açılacağına‭ ‬ ‭ ‬və‭ ‬ rəqəmsal‭ ‬ ‭ ‬hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬