Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul ixrac edib

2020.10.26 17:39 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın 9 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Almaniya və Yunanıstan olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 3 milyard 419,3 milyon ABŞ dolları, Almaniyaya 626,8 milyon dollar, Yunanıstana isə 438,8 milyon dollar təşkil edib.