Doqquz ayda diri çəkidə 51,8 min ton quş əti istehsal edilib

2020.10.26 17:00 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 51,8 min ton (ötən il 50,2 min ton) quş әti vә 601,7 milyon әdәd (ötən il 553 milyon әdәd) yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdә bu müәssisәlәr üzrә quşların sayı 11 milyon 687,1 min baş (ötən il 13 milyon 480,8 min baş) təşkil edib, hәr yumurtlayan toyuqdan orta hesabla 151 әdәd (ötən il 148 әdәd) yumurta alınıb.