Bitki və heyvan mənşəli piylər və yağların ixracı artıb

2020.10.26 15:29 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında 17,7 min tondan çox bitki və heyvan mənşəli piy və yağ ixrac edilib.

Dövlət Gömrük Komitəsinə (DGK) istinad olaraq, ixrac edilən piy və yağların dəyəri 17,3 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 13,7 milyon dollarlıq 13,7 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.