Doqquz ayda ölkəyə elektriklə işləyən 3820 nəqliyyat vasitəsi gətirilib

2020.10.23 18:13 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 3820 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu nəqliyyat vasitələrindən 3678-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 142-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.