Qeyri-dövlәt tikinti müәssisәlәri ümumi inşaat işlərinin 84,9 faizini görüb

2020.10.23 17:38 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında tikinti müәssisәlәri tәrәfindәn yerinә yetirilmiş inşaat işlәrinin 61,9 faizini tikinti, yenidәnqurma vә genişlәndirmә, 9,7 faizini әsaslı tәmir, 8,3 faizini cari tәmir, 20,1 faizini isә digər tikinti işlәri tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi inşaat işlәrinin 84,9 faizini qeyri-dövlәt tikinti müәssisәlәri yerinә yetirib.