Meyvə-tərəvəz ixracı artıb

2020.10.22 16:44 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 397,3 min ton meyvə-tərəvəz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 402,1 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin doqquz ayında 389,8 milyon dollar dəyərində 390,1 min ton meyvə-tərəvəz ixrac edilib.