Yanvar-sentyabr aylarında dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb

2020.10.22 15:14 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 225 min 33 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 870,6 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, doqquz ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 600,8 min ton yükün dəyəri 318 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 624,2 min ton, dəyəri isə 1 milyard 552,6 milyon dollar olub.