Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb

2020.10.22 13:37 (UTC+04:00)

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,4 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 9 ayında ölkədə idxalın dəyəri 7 milyard 823,4 milyon dollar olub.