Doqquz ayda Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 6 milyon dollar olub

2020.10.22 10:38 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 6 milyon dollar təşkil edib.

Bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, 9 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,5 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,5 milyon dollar dəyərində məhsul ixrac edilib.