Nazirlər Kabinetinin Qərarı ilə “Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilib.
Bu sənəd dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir. Sığorta haqqının ümumi məbləği sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayına, habelə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.