Oktyabrın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100286S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 898 milyon 682 min 600 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar noyabrın 18-də ödəniləcək.