Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub

2020.10.21 14:23 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 2722 çeşiddə məhsul ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, 9 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 10 milyard 579,8 milyon ABŞ dolları olub.