Əhalinin nominal gəlirləri azalıb

2020.10.21 13:58 (UTC+04:00)

İlkin məlumatlara görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 41 milyard 609 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 4 milyard 173 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 631,8 milyon manatlıq vəsait qalıb.