Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub

2020.10.20 16:55 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 590 milyon dolları ötüb.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda Azərbaycan bu ölkəyə 280,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 309,7 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.