Bugünkü valyuta hərracında tələb 63,8 milyon dollar olub

2020.10.20 13:35 (UTC+04:00)

Oktyabrın 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 63,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.