Külək elektrik stansiyalarında 73,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

2020.10.19 17:14 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 73,2 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 37 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.