ABŞ-ın texnologiya şirkəti ölkə tarixinin ən böyük vergi fırıldağında ittiham olunur

2020.10.21 13:10 (UTC+04:00)

ABŞ-ın Ədliyyə Nazirliyinin açıqlamasında baş ofisi Ohayoda yerləşən “Reynolds & Reynolds” şirkətinin rəhbəri Brokmana qarşı vergi yayındırma, bank fırıldaqçılığı və çirkli pulların yuyulması kimi iddialar irəli sürüldüyü bildirilib.

San-Fransisko federal məhkəməsinin apardığı təhqiqatda Brokmanın 20 ildən artıq müddətdə Bermud və Nevis adalarındakı ofşor şirkətlərdən istifadə edərək özəl sərmayə fondlarına qoyduğu sərmayədən əldə etdiyi gəlirdən ödəməli olduğu təxminən 2 milyard dollar həcmində vergini dövlət büdcəsindən yayındırdığı iddia olunur.

Kaliforniya Şimal Regionu məhkəməsinin vəkili Deyvid Anderson mövzu ilə bağlı açıqlamasında bildirib: “2 milyard vergi qaçaqlığı iddiası ABŞ-da bu günə qədər bir adama qarşı yönəldilmiş ən böyük vergi cinayətidir”.

Qeyd edək ki, “Reynolds & Reynolds” avtomobil sektoru üçün proqram təminatı istehsalı ilə məşğul olan transmilli texnologiya şirkətidir.