Cari ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 27,1 milyon ton, yük dövriyyəsi isə 6 milyard 269,1 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 15 milyon 287,4 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 8,5 milyon tonu və ya 31,5 faizi dəmir yolu nəqliyyatı, 3,3 milyon tonu və ya 12,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2 faizini və ya 5 milyon 500 min tonunu tranzit yüklər təşkil edib.