8 ayda büdcə gəlirləri 16 milyard manatdan çox olub

2020.10.19 10:22 (UTC+04:00)

2020-ci ilin yanvar-avqust aylarında dövlәt büdcәsinin gәlirlәri әvvәlki ilin eyni dövrü ilә müqayisәdә 7,6 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk 8 ayda büdcə gəlirləri 16 milyard 037,24 milyon manata çatıb. Büdcənin xәrclәri isә 11,2 faiz artaraq 16 milyard 355,86 milyon manat olub. Büdcәnin icrasında yaranmış 318,62 milyon manatlıq kәsir ümumi daxili mәhsulun 0,7 faizini təşkil edir.

Gəlirlərin daha çox hissəsi əlavə dəyər vergisinin payına düşüb – 3 milyard 283,28 milyon manat. Hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisinin həcmi 1 milyard 830,46 milyon manat, fiziki şәxslәrin gәlir vergisinin həcmi isə 740,12 milyon manat olub.

Dövlәt büdcәsinin gәlirlәri

2020-ci ilin yanvar-avqust

ayları,

milyon manat

yekuna görә faizlә

ÜDM-dә payı, faizlә

Gәlirlәr – cәmi

16037,24

100

34,89

o cümlәdәn:

Fiziki şәxslәrin gәlir vergisi

740,12

4,62

1,61

Hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisi

1830,46

11,41

3,98

Torpaq vergisi

17,19

0,11

0,04

Әmlak vergisi

124,43

0,78

0,27

Әlavә dәyәr vergisi

3283,28

20,47

7,14

Sadәlәşdirilmiş vergi

220,66

1,38

0,48

Aksiz

561,97

3,50

1,22

Yol vergisi

70,26

0,44

0,15

Mәdәn vergisi

81,20

0,51

0,18

Xarici iqtisadi fәaliyyәtlә bağlı vergilәr

742,45

4,63

1,62

Digәr daxilolmalar

8365,22

52,16

18,20