Kimya sənayesində məhsul buraxılışı artıb

2020.10.16 15:59 (UTC+04:00)

Yanvar-sentyabr aylarında kimya sənayesində məhsul buraxılışı artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 3 rübdə kimya sәnayesi, әczaçılıq mәhsullarının, rezin vә plastik kütlә mәmulatlarının istehsalı sahәlәrindә 850,2 milyon manatlıq mәhsul istehsal edilib. Əvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә mәhsul buraxılışı әczaçılıq mәhsullarının istehsalında 8,2 dәfә, kimya sәnayesindә 20,1 faiz, rezin vә plastik kütlә mәmulatlarının istehsalında isә 16,4 faiz artıb.

Rezin vә plastik kütlә mәmulatlarından mәsamәli polistirol lövhәlәr vә zolaqların istehsalı 2,2 dәfә, bәrk polipropilen boruların istehsalı 10,8 faiz çoxalıb.