Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib

2020.10.16 15:16 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-avqust aylarında ölkədən 19 milyon 194 min ton xam neft ixrac edilib. Göndərilən neftin dəyəri isə 5 milyard 655,2 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.