Səkkiz ayda 1,9 milyard dollarlıq təbii qaz ixrac edilib

2020.10.16 15:05 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-avqust aylarında ölkədən 8 milyard 892,9 milyon kubmetr təbii qaz ixrac edilib. Səkkiz ayda ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 938,1 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.