Metanol istehsalı 35,5 faiz artıb

2020.10.16 14:26 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 77,1 min ton propilen (ondan əmtəəlik 73,1 min ton), 102,4 min ton polietilen, 102,1 min ton etilen, 368,2 min ton metanol (metil spirti) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 20,1 faiz artıb. Oktyabrın 1-nə 0,8 min ton propilen, 1,9 min ton polietilen və 11,9 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya mәhsullarından metanol istehsalı 35,5 faiz, etilen istehsalı 4,2 faiz, propilen istehsalı isə 3,2 faiz artıb.