Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 542,5 min ton dizel yanacağı, 852,1 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 356,8 min ton ağ neft, 42,4 min ton yanacaq mazutu, 19 min ton sürtkü yağları, 251,9 min ton neft bitumu və 147,6 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 3 rübdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 257,3 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,5 faiz azalıb.
Neft mәhsullarından sürtkü yağlarının istehsalı 10,5 faiz artıb.
Neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20 faiz, neft koksunun istehsalı 21,9 faiz, ağ neftin istehsalı 22,5 faiz, yanacaq mazutunun istehsalı isə 55,4 faiz azalıb.