Bakı–Tbilisi–Ceyhan kəməri ilə bu il 21,1 milyon ton neft daşınıb

2020.10.16 13:16 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 577,4 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 79,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 21 milyon 146,9 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 3 milyon 53,2 min ton tranzit nefti də ötürülüb.