Yanvar-sentyabr aylarında Azərbaycanda 26 milyon 104,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 27 milyard 309,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 19 milyard 378,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb.
Ölkədə əmtəəlik neft istehsalı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artıb.