Maliyyə Nazirliyinin tәqdim etdiyi operativ mәlumatlara əsasən, bu ilin yanvar-sentyabr aylarında dövlәt büdcәsinin gəlirlәri 17 milyard 964,5 milyon manat, xәrclәri 18 milyard 642,1 milyon manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcәnin icrasında 677,6 milyon manatlıq vә ya ümumi daxili mәhsulun 1,3 faizi qәdәr kəsir yaranıb.