Bu ilin 9 ayında 195-2 Çağrı Mərkəzinə 23 mindən çox müraciət olub

2020.10.15 18:22 (UTC+04:00)

2020-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 23 mindən çox müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, qrant müqavilələrinin qeydiyyatı, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.