Sentyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 340 min barrel azalaraq sutkada 24 milyon 80 min barrel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon 130 min barrel təşkil edib. Bununla da, sentyabrda OPEC-in sutkalıq istehsalı ümumilikdə 29 milyon 210 min barrel olub.